Dələduzluq etdiyi üçün axtarışda olan şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Cavid Dadaşov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə bildirilib.
Verilən məlumata görə, həmin şəxs dörd nəfər rayon sakininin etibarından istifadə edərək onlara yüksək gəlirli işlə təmin olunmalarında, avtomobil almalarında, eləcə də xarici ölkələrdə müalicə olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30 000 manatdan artıq pulunu ələ keçirib.
C.Dadaşov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...