Dayı bacısı qızını qaçıran 20 yaşlı oğlanı öldürdü

Dayı bacısı qızını qaçıran 20 yaşlı oğlanı öldürdü
Hadisə 3439
Gəncə şəhərində qətl hadisəsi baş verib.BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, bir neçə ay bundan öncə Daşkəsən rayonunun Almalı kənd sakini, 20 yaşlı Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Daha sonra qızın valideynləri ora gedərək mübahisə ilə övladlarını geri qaytarıblar. Lakin A.İsayev qızın ailəsinə bir-birilərini istədiyini bildirərək razılıqlarını almaq istəyib. Amma qarşı tərəf yenə rədd cavabı verib.İlkin məlumatlara görə, Asəf İsayev yenidən qızı qaçırdıb. Buna görə qızın Şəmkir rayonundan olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu Gəncə şəhərində yaşayan İsayevin qohumlarının yaşadığı ünvana gəlib və orada gənc oğlanın boğazını kəsərək onu qətlə yetirib.Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.BAKU.WS

Son xəbərlər