Daxili işlər nazirinin keçirəcəyi sıra baxışının vaxtı dəyişdirilib
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il aprelin 30-na Göyçay Rayon Polis Şöbəsində nəzərdə tutulmuş sıra baxışının vaxtı aprel ayının 29-a keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, həmin gün Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir və Ağdaş şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələri ilə yanaşı, «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də vətəndaşların qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov polisə 199 nəfər seçdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 20-də Xaçmaz Olimpiya İdman Kompleksində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon polis or...