Daşkəsəndə silah-sursat aşkarlanıb
15
mar
2025
20:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsəndə silah-sursat aşkarlanıb.
BAKU.WS xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinə rayon ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Həmin ünvandan avtomat, daraq və 228 ədəd patron aşkarlanıb. Maddi sübutlar ekspertizaya təqdim olunub.
Bundan başqa, polis əməkdaşları tərəfindən son bir həftə ərzində rayon ərazisində keçirilən profilaktik tədbirlər nəticəsində beş ədəd müvafiq sənədləri olmayan ov silahı könüllü olaraq polisə təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....