Daşkəsəndə sel kənd yollarını bağladı
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsən rayonunda güclü yağışdan sonra sel suları kəndlərarası yollarda hərəkəti çətinləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a rayon sakini tərəfindən müraciət daxil olub.
Sakin bildirib ki, avqustun 20-dən etibarən Daşkəsən rayonunun Mollahəsənli kəndində güclü yağış səbəbindən vəziyyət pisləşib. Sakin, həmçinin problemin yaranmasında dağ-mədən fəaliyyəti ilə məşğul olan şirkətin rol oynadığını iddia edib.
Onun sözlərinə görə, şirkətin fəaliyyəti nəticəsində ərazidə çayın təbii məcrası dəyişib və bu da intensiv yağışlar zamanı suyun əraziyə yayılmasına səbəb olur.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...