Daşkəsən səfərbərlik şöbəsinin rəisinin həbsi barədə RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Əsgərov Anar Şakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu barədə Hərbi Prokurorun böyük köməkçisi Firad Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Ağsuda zəlzələ olub
Yerli vaxtla saat 01:52-də Pirqulu stansiyasından 13 km cənubda, Ağsu rayonunda 3,3 maqnitudada zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə AMEA nəz...