Daşkəsəndəki olaya - RƏSMİ AÇIQLAMA

Daşkəsəndəki olaya - RƏSMİ AÇIQLAMA
Hadisə 1344
Daşkəsən rayonu Xoşbulaq kəndində at və balasının işgəncə ilə dirəkdən asılması olayına Daşkəsən rayon Prokurorluğu münasibət açıqlayıb. BAKU.WS-ə daxil olan məlumatda deyilir ki, məqsəd leş iyinə gələcək canavarları ovlamaq və ovlanacaq canavarların dişləri və dərisini satmaq olmayıb. Həmin məlumat əsasında Daşkəsən rayon Polis Şöbəsi tərəfindən aparılan araşdırma zamanı izahatı alınan Xoşbulaq kənd sakini Rafiq Ədil oğlu Allahyarov bildirib ki, kənd sakininə məxsus olan heyvanlar bu ilin iyun ayında canavarlar tərəfindən parçalanaraq tələf edilib. Həmin vaxtdan vəhşi heyvanlara tələ qurmaq məqsədilə həmin heyvanların leşlərini kəndin yaxınlığında asıb. Lakin ötən müddət ərzində hər hanslı vəhşi heyvanı yaxalaya bilməyib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.1-ci maddəsi ilə (qanunsuz ov etmə) cinayət işi başlanılır, istitaq aparılır.***11.41Daşkəsən rayonunun Xoşbulaq kəndində ana at və balasını işgəncə ilə öldürən şəxsin axtarışına başlanılıb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, bununla bağlı Daşkəsən rayon Polis İdarəsi hərəkətə keçib.İlkin məlumatlara əsasən, hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlumdur, lakin həmin şəxs qeydiyyatda olduğu ünvanda yaşamır.Hazırda polis bu şəxsin faktiki yaşadığı ünvanı dəqiqləşdirir.Bildirək ki, bir müddət öncə at və balasının doğranmış şəkildə 150 metr məsafədə dirəkdən aslı olan fotolar yayılmışdı. Məqsəd leş iyinə gələcək canavarları ovlamaq və ovlanacaq canavarların dişləri və dərisini satmaq olub.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Daşkəsəndə görünməmiş VƏHŞİLİK - Öldürüb, dirəkdən asdılar - FOTOLAR

Daşkəsəndə görünməmiş VƏHŞİLİK - Öldürüb, dirəkdən asdılar - FOTOLAR

Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşanan qeyri-insani hərəkət sakinlərin və turistlərin narazılığına səbəb olub.BAKU.WS modern.az-a stinadən xəbər verir ki,...

1795 Sosial 10:54 29 avqust 2019

Son xəbərlər