Daşkəsəndə qanunsuz ov edən dəstə tutulub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsəndə qanunsuz ov edən dəstə tutulub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov etdiklərinə görə 6 nəfər saxlanılıb.
Araşdırmalarla onların rayon sakinləri Qismət Məhərrəmov, Alı Allahverdiyev, Pənah Tağıyev, Firəddin Məhərrəmov, Vüqar Həsənov və Göygöl rayon sakini Sahil Quliyev olduqları müəyyən edilib.
Onlardan patronları ilə birlikdə ümumilikdə 6 ədəd müxtəlif markalı və kalibirli ov tüfəngi, habelə ovladıqları 9 kiloqrama yaxın 1 baş cüyür heyvanının əti götürülüb.
Davam etdirilən tədbirlərlə Vüqar Həsənova və Sahil Quliyevə məxsus ov silahlarının heç bir müvafiq sənədinin olmaması müəyyən edilib.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Oxşar xəbərlər
Qadın keçmiş həyat yoldaşının mal-qarasını oğurladı
Şəmkir rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat o...