Daşkəsəndə əsas avtomobil yolunda hərəkət məhdudlaşdırıldı - FOTO

Daşkəsəndə əsas avtomobil yolunda hərəkət məhdudlaşdırıldı - FOTO
Foto
Hadisə 158

Gecə saatlarından başlayaraq Daşkəsən rayonu ərazisinə yağan güclü yağışlar bir sıra problemlərə yol acıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, sel suları rayonun Bayan kəndində iri daş və qaya parçalarını əsas avtomobil yolu olan Xoşbulaq-Daşkəsən-Gəncə avtomobil yolunun üzərinə töküb.

Hazırda avtomobil yolunda hərəkət tam gücü ilə təmin olunmur. Artıq 10 saatdan çoxdur ki, avtomobil yolunda hərəkətin tam gücü ilə təmin olunması istiqamətində işlər aparlır.

Bayan kəndi ilə yanaşı Qızılca və Danayeri kəndlərində də torpaq sürşməsi qeydə alınıb və torpaq sürüşməsi də öz növbəsində sözügedən avtomobil yolunda hərəkətin təminatında problemlər yaradıb.Hazırda işlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər