Daşkəsəndə 66 yaşlı qadına balta ilə xəsarət yetirilib
27
iyl
2024
20:01
Daşkəsən rayon Xoşbulaq kəndində qadına ağır xəsarətlər yetirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanovaya mübahisə zəminində balta ilə 3 xəsarət yetirilib.
Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona xəsarət yetirməkdə gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənova şübhəli bilinir.
Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Qohumunu öldürərək yandıran fizika müəllimi: "Hadisədən sonra dəfndə iştirak etdim"
Şəki Ağır Cinayətlər Məhkəməsində Göygöldə oğurluq və Yevlaxda qətl törətməkdə təqsirləndirilən Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə və istintaq ifadəsi mə...