Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu
Hadisə 178

Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən daha bir azərbaycanlı həyatını itirib.

BAKU,WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı hərbi bloqer Tofiq Şahmuradov yayıb.

Belə ki, Şəmkir rayon sakini, bir müddət idi itkin düşmüş hesab olunan Qarayev Elvin Fəxrəddin oğlunun həlak olduğu məlum olub.

Bildirilir ki, uzun sürən axtarışlardan sonra E.Qarayevin nəşi tapılıb. Mərhumun nəşinin sabah Bakıya gətiriləcəyi, oradan isə dəfn olunmaq üçün doğulduğu Şəmkir rayonuna aparılacağı gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər

Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər

Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. BAKU.WS xəbər verir ki, qəza nəticəsində tanınmış...

313 Hadisə 19:09 27 sentyabr 2026

Son xəbərlər