Daha bir azərbaycanlı hərbçi Ukraynada yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada Rusiya silahlı qüvvələri ilə davam edən müharibədə daha bir azərbaycanlı yaralanıb.
Ukrayna ordusunun hərbçisi olan Ruslan Xəlilov Zaparojye istiqamətində xəsarət alıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Yaralanan digər azərbaycanlı Raqif Əliyevdir. Donetsk istiqamətində yaralanan hərbçi Ukraynanın Vinnitsa şəhər xəstəxanasında müalicə olunur.
BAKU.WS xəbər verir ki, Vinnitsa vilayəti üzrə Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov "Report"un Şərqi Avropa bürosuna bildirdiyinə görə, hər iki azərbaycanlı hərbçi - Ruslan Xəlilov və Raqif Əliyev cəmiyyətin xüsusi diqqəti altındadır:
"Hər iki yaralının vəziyyəti normaldır".
R.Əliyev isə bildirib ki, yaraları ağır olmasına baxmayaraq xəstəxanada müalicələri xüsusi qayğı ilə aparılır, bununla yanaşı Vinnitsa Azərbaycanlılar Cəmiyyətinin sədri Əliş Səfərov hər gün onların qayğıları ilə maraqlanır.
Qeyd edək ki, hər iki azərbaycanlı hərbçi Ukrayna vətəndaşlarıdırlar.
Oxşar xəbərlər
Evinə qonaq gələn şəxsi balta ilə öldürdü - VİDEO
2019-cu il aprelin 28-i əvvəllər dəfələrlə məhkum olunan Ruslan İlyasov aralarında yaranmış mübahisə zamanı evinə qonaq gəlmiş Sergey Musayevi öldürüb. İstintaq...