Daha 3 itkin-şəhid dəfn ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Daha 3 itkin-şəhid dəfn ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumata görə, Birinci Qarabağ müharibəsində itkin düşən Hüseynov Mübariz Sabəddin oğlu, Mirzəliyev Ələsgər Fərzalı oğlu, Mehdiyev Münasib Namaz oğlunun qalıqları aprelin 18-də dəfn olunacaq.
Mübariz Hüseynovun qalıqları Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ələsgər Mirzəliyevin qalıqları Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd qəbiristanlığında, Münasib Mehdiyevin qalıqları isə Samux rayonu, Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...