Dağda itkin düşən polis leytenantı tanınmış teleaparıcının yaxın qohumudur (FOTO)

27
dek
2017
14:53
“Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis leytenantı Babur Hüseynov tanınmış teleaparıcı Cəlalə Nəzəroğlunun yaxın qohumudur.BAKU.WS-in məlumatına görə, teleaparıcı bu barədə Facebook səhifəsində post yerləşdirib.Cəlalə Nəzəroğlu Babur Hüseynovun tapılması, sağ-salamat geri qayıtması üçün hamıdan dua etməsini istəyib.“Ömrümdə ilk dəfə çox insanın eyni vaxtda dua etməsinə ehtiyac duyuram. Və bunu sosial şəbəkədən yazıram. İtən alpinistlərdən biri mənim əzizimdir. Ölməməsi üçün dua edin, nə olar. Hamısı üçün dua edin”, - deyə Cəlalə Nəzəroğlu qeyd edib.Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.Onu da bildirək ki, Cəlalə Nəzəroğlu Xəzər TV, ANS TV-də çalışıb. O hazırda ASAN Radioda fəaliyyət göstərir.BAKU.WS





Oxşar xəbərlər
Səfərə qatılmalı olan dördüncü alpinist: “Çox təəssüf ki, mən onlarla gedə bilmədim”
Nazirlik: Ümid edirik ki, havanın tutqunluğu səbəbindən gözləməli olublar və gecikiblər“Gilavar” - hava və ekstrim idman klubunun illik təqviminə uyğun olaraq d...