Culfada kombayn və taxıl sahəsi yanıb - FOTO
Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğın baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub.
Dərhal Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində kombaynın saman toplayan hissəsində yığılan saman və 50 kvadrat metr biçilmiş taxıl sahəsi yanıb, kombaynın digər hissələri və biçilməmiş taxıl sahəsi yanğından mühafizə edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda restoranda baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Xəqani küçəsində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlu...