İcra hakimiyyətindən binanın fasadının qoparaq küçəyə düşməsi barədə AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonu, Bülbül prospekti 7 ünvanında yerləşən binanın fasadı qoparaq küçəyə düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, təhlükəli vəziyyət yaranıb.
Məsələ barədə Səbail Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, binanın fasad hissəsinin tam təmir olunması məsələsi nəzarətdə saxlanılır:
“Sahil İncisi” MTK-ya məxsus çoxmənzilli yaşayış binasından üzlük daşı qopub düşən fasad hissə ilə bağlı dərhal tərəfimizdən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Eyni zamanda, təmir-bərpa işlərinin aparılması məqsədilə sözügedən MTK-ya rəsmi və şifahi qaydada müraciət olunub.
Qeyd etmək istəyirik ki, “Sahil İncisi” MTK tərəfindən qısa zamanda təmir-bərpa işləri görüləcək. Sözügedən yaşayış binasının fasad hissəsinin tam təmir olunması tərəfimizdən nəzarətdə saxlanılır”.
Qalereya
Oxşar xəbərlər
General-mayorun milyonluq mülkləri: Arvadının, qızının, oğlunun... - ŞOK SİYAHI
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyevin üzərinə həbs qoyulmuş əmlaklarının qiymətləndiril...