İcra başçısının qalmaqallı oğlu polis orqanlarından çıxarıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Polis kapitanı daxili işlər orqanlarından xaric edilib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, polis kapitanı Şəhriyar Hüseynov ötən il Yasamal rayonunda xüsusi karantin rejiminin pozulması ilə bağlı keçirilən əməliyyatlar zamanı vətəndaşlarla kobud rəftarı ilə gündəmə gəlmişdi. O, bu ilin iyul ayında öz raportu əsasında daxili işlər orqanlarından xaric olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumatı redaksiyamıza təsdiq edib.
Xatırladaq ki, Şəhriyar Hüseynov Ağcabədi rayon icra başçısı Rafil Hüseynovun oğludur.
Oxşar xəbərlər
Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATLARI - VİDEO
Bakıda baş verən cinayətin təfərrüatları məlum olub. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 24 iyun 2019-cu il tarixində Nizami rayonu, Qara Qarayev prosp...