İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyevin vəziyyəti ağırlaşıb.
BAKU.WS xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Q.Əliyevin müalicə aldığı Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildiriblər.
"Qəzənfər Əliyevin vəziyyəti kritik olaraq qalır, hazırda müalicə işləri davam etdirilir", - məlumatda vurğulanıb.
Qeyd edək ki, bir neçə gün öncə koronavirusla bağlı analizlərinin cavabı pozitiv çıxan Q.Əliyev və həyat yoldaşı, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru Arzu Əliyeva Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Oxşar xəbərlər
Başçının müavini həyat yoldaşının davasından DANIŞDI: "Elə oğlan deyiləm ki, adım hardasa hallansın" - VİDEO
Samux rayonunun icra başçısının müavini Qəzənfər Əliyev həyat yoldaşı, Gəncədəki 10 nömrəli məktəbin direktoru Arzu Əliyevanın valdieynlə əlbəyaxa çıxması barəd...