"CIDC 2025" kibertəhlükəsizlik festivalının qalibləri müəyyənləşib
Yeniliklərdən dərhal xəbərdar olun
"CIDC 2025 - Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalının çərçivəsində keçirilən "Ağıllı şəhərlərdə kibermüharibə" yarışının qalibləri müəyyənləşib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Redbox" ("AzInTelecom") komandası birinci, "CyberCell" komandası ikinci, "Bir Sec" komandası isə üçüncü yerin sahibi olub.
Qeyd edək ki, festivalın əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu il "Ağıllı şəhərlərdə kibermüharibə" konsepti əsasında həyata keçirilib.
Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilk dəfə beş xarici komanda iştirak edib. Onların arasında Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistan komandaları yer alıb.
Əlavə edək ki, qalib komandalar 30 min manatlıq mükafat fonduna (1-ci yer 15 min, 2-ci yer 10 min, 3-cü yer 5 min) sahib olub.
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...