Çindən 4 azərbaycanlı tələbə Bakıya gətirildi - Nəzarətə götürüldülər - VİDEO
Ötən gün 4 azərbaycanlı tələbə Çindən ölkəyə gətirilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin tələbələr qapalı tibb müəssisəsinə aparılıb.
Tələbələrin digər insanlarla ünsiyyətdə olmaması üçün Dövlət Sərhəd Xidməti (DSX) və Gömrük Komitəsinin xüsusi ayırdığı keçiddən keçiblər:"Tələbələrdə hər hansı bir xəstəlik əlamətləri aşkar edilməyib. Bu barədə onların valideynlərinə məlumat verilib”.
Nazirliyin məlumatında qeyd edilib ki, tələbələrin yerləşdirildiyi tibb müəssisəsində onlar üçün hər cür şərait yaradılıb.
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun inkubasiya müddətini 14 gün təyin edib. Koronavirus 14 gün ərzində özünü biruzə verə bilər. Əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı dəyişiklik olmasa, evlərinə yola salınacaqlar”.
Oxşar xəbərlər
Koronavirusla bağlı əhaliyə xəbərdarlıq – “Xəstə halda iş yerlərinə getməyin” - VİDEO
“Azərbaycanın səhiyyə sistemi hər hansı yoluxucu xəstəliklə mübarizə aparmağa tam hazırdır”. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın baş epidemioloqu İba...