Çətənə bitkisi yetişdirən ər-arvad saxlanıldı – FOTO

17
iyn
2019
12:11
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Astara rayon polis şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində daxil olmuş məlumat əsasında əməliyyat keçirilib.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pensər kəndində həmin kəndin sakini Xəyalət Zakirov və həyat yoldaşı T.Zakirovanın yaşadıqları fərdi yaşayış evinin həyətində sonuncunun qardaşı, əvvəllər məhkum olunmuş Zahir Şükürovla birlikdə aqrotexniki qulluq göstərməklə yetişdirdikləri 31 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Maştağalı narkotacir tutuldu - 1 tona yaxın narkotiklə - FOTO
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.D...