İçərişəhərdə dörd nəfərin yaralanmasına səbəb olan partlayışla bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) fevralın 7-də axşam saatlarında İçərişəhər, İlyas Əfəndiyev küçəsi, 10 ünvanında qaz sızması nəticəsində baş vermiş partlayışa dair məlumat yayıb.
BAKU.WS xəbər verir ki, “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digər məsul şəxsləri dərhal hadisə yerinə gəlib, partlayışın başvermə səbəbləri və xəsarət alanların hazırkı vəziyyəti ilə tanış olublar.Baş vermiş hadisə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər hazırda İdarə tərəfindən müvəqqəti yaşayış yerləri ilə təmin olunur.
Hazırda bütün proseslər nəzarət altında saxlanılır, müvafiq hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.
Hadisə nəticəsində insan tələfatı yoxdur, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan, onlar ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Digər xəsarət alanların həyatlarına təhlükə yoxdur.
Oxşar xəbərlər
İsmayıllıda avtobus qəzasında ölənlərin sayı 3-ə çatdı
Tibbi Ərazi Bölmələrinin İdarə Birliyi (TƏBİB) İsmayıllıdakı qəza ilə bağlı məlumat yayıb. Birlikdən BAKU.WS-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət...