Cəzaçəkmə müəssisəsində insident baş verib? - RƏSMİ AÇIQLAMA
Bakıda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident baş verməyib.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib.
O bildirib ki, yayılan məlumatlar tam yalandır.
"Hansısa sayt yalan məlumat yayıb. Biz həmin sayt rəhbəri ilə əlaqə saxlamışıq. O deyir ki, guya hansısa məhkum ona belə bir məlumat verib. Amma bu tam yanlışdır. 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident olmayıb", - M. Sadıqov deyib.
Qeyd edək ki, bu gün KİV-də Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində insident baş verməsi ilə bağlı iddialar yayılıb. İddialara görə, baş verən insident zamanı yaralananlar da olub.
Oxşar xəbərlər
İşdən çıxarılan İCRA BAŞÇISI VƏFAT ETDİ - FOTO
İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı "Şöhrət" ordenli, iqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov vəfat edib. İsmayıllının s...