Cərəyan kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr və cari ilin yanvar ayları ərzində rayonun bir neçə kəndi ərazisində yerləşən subartezian quyularına məxsus cərəyan kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Bayramov olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq əməllərini etiraf edib.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
"Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
"Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib. Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Müdafiə Nazir...