Cənubi Koreyadan 38 min manatlıq maşın gətirmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu

Cənubi Koreyadan 38 min manatlıq maşın gətirmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu
Hadisə 45

Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Uğur Məmmədovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Uğur Məmmədov cinayət işi üzrə məsuliyyətdən azad edilib və iş üzrə icraata xitam verilib.

İttihama görə, U.Məmmədov tanışı, zərərçəkmiş İmran Həsənovun (adı və soyadı şərtidir) etibarından sui-istifadə edib, ona Cənubi Koreyadan 2018-ci il buraxılışlı "Hyundai Santa Fe" avtomobili gətirəcəyinə dair yalan vəd verib. O bu adla 2023-cü ildə zərərçəkmişin ümumilikdə 38 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Son xəbərlər