Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxsin ölüm səbəbi bilindi

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxsin ölüm səbəbi bilindi
Hadisə 180

Cəlilabadda qardaşı uşaqlarını baltalamaqda təqsirləndirilən Əli Nağıyevin ölüm səbəbi məlum olub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının məlumatına əsasən, 1977-ci il təvəllüdlü şəxs (kişi) 03.02.2026-cı il tarixində saat 00:10-da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə davam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.

Sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.02.2026-cı il tarixində 01:00-da bioloji ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakini Əli Hüseynağa oğlu Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına - 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib. H.Nağıyeva ölüb, Hüseyn Nağıyev isə ağır yaralıdır.

"Yalvarıb ki, başına vurmasın, o da əllərini kəsib" - Cəlilabadda əmi qardaşı uşaqlarını baltalamaqda ittiham edilir

Hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyev müxtəlif cinayətlərə görə 4 dəfə məhkumluq həyatı yaşayıb. O, bir müddət öncə cəza müddətini başa vuraraq evə qayıdıbmış.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ə.Nağıyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılmışdı.

Son xəbərlər