Cəlilabadda evdə yanğın söndürülüb, azyaşlı xəsarət alıb

Cəlilabadda evdə yanğın söndürülüb, azyaşlı xəsarət alıb
Hadisə 67

Cəlilabadda yanğın zamanı tüstüdən zəhərlənən beş yaşlı R.İ-nin vəziyyəti ağır olaraq qalır.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin həkimi Arzu Cəfərli məlumat verib.

Bildirilib ki, 8 sentyabr 2024-cü il, saat 14:20-də 2019-cu il təvəllüdlü azyaşlı qız tüstüdən zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə daxil olub:

"Təxirəsalınmaz qaydada xəstə reanimasiya şöbəsinə yerləşdirilib və intensiv reanimasion yardım tədbirləri icra olunub. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicə və müşahidə davam edir".

***16:02

Cəlilabad rayonunun Azərbaycan küçəsində yerləşən iki mərtəbəli yaşayış evində baş verən yanğın söndürülüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə zamanı evdə təxminən 6-7 yaşlarında iki azyaşlı uşaq olub.

Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinın Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri uşağı xilas ediblər.

Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə nəticəsində təxminən 300 kv.m sahəyə malik ikimərtəbəli evin 80 kv.m-i qorunsa da, içəridə olan bütün əşyalar və yanar konstruksiyalar yanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər