Cəlilabadda dələduzluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov tutulub.
BAKU.WS report-a istinadn xəbər verir ki, o, zərər çəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb.
R.Yusubov dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Yeni qalmaqal: Dəniz Əsədovanı hansı tanınmışın vəkili həbs etdirib?
Müğənni Dəniz Əsədova mətbuatda onun müğənni həmkarı Afət Fərmanqızı tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilməsi ilə bağlı verilən informasiyaya mü...