Azərbaycanda dəhşət! Atanın meyiti tapılıb, övladının isə... - YENİLƏNİB 2
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu və 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən ata və qızının şəxsiyyəti məlum olub.
Onlar 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov və onun 2004-cü il təvəllüdlü qızı Nəsibə Məmmədovadır.
Qeyd edək ki, xilasedicilər atanın meyitini təxminən 15 metr dərinliyi olan su quyusundan tapıb. Hazırda quyuda olduğu ehtimal edilən qadının axtarışları aparılır.
***
Cəlilabad rayonunda ata və övladının su quyusuna düşdüyü ehtimal olunur, atanın meyiti tapılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) 20 yaşlı qadının təxminən 15 metr dərinliyi olan su quyusuna düşdüyü barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər quyudan həmin qadının atasının meyitin aşkar ediblər. Həmçinin 20 yaşlı qadının da quyuda olduğu ehtimal edilir. Hazırda onun xilas edilməsi üçün əməliyyat aparılır.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası da cəlb olunub.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Oxşar xəbərlər
Bakıda partlayış zamanı 2 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB 2
Bakıda partlayış zamanı 2 nəfər xəsarət alıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in...