Cəlilabadda canavarlar təsərrüfata hücum edib
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonu sakini Mahir Quliyevin təsərrüfatına hücum edən canavarlar 5 baş xırdabuynuzlu heyvanı parçalayıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, ümumilikdə son bir ayda rayonda 40-a yaxın xırdabuynuzlu heyvan canavarların hücumu nəticəsində tələf olub.
Zərər çəkmiş təsərrüfatlarda ümumi maddi ziyanın 50 min manata yaxın olduğu qeyd edilir.
Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev vəziyyətdən xəbərdar olduqlarını deyib. Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır və dəqiqləşdirmələr həyata keçirilir.
"Aidiyyəti qurumlarla birlikdə problemin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır", – deyə sədr bildirib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...