Cəlilabadda ağır yol qəzasında sürücü yanaraq ölüb

Cəlilabadda ağır yol qəzasında sürücü yanaraq ölüb
Hadisə 7

Cəlilabad rayonunun Qarazəncir kəndində ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Elşən Həbiyev yanıq xəsarəti alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər