Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb - YENİLƏNİB
Cəlilabadın Kövüzbulaq kəndində əqrəbin sancdığı 90 yaşlı kişi xəstəxanadan evə buraxılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bu gün saat 12:30 radələrində 1934-cü il təvəllüdlü şəxs (kişi cinsli) əqrəb sancması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Ona zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
*** 18:24
Cəlilabad sakinini əqrəb sancıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Kövüzbulaq kəndində qeydə alınıb.
Həmin kənd sakini, 1934-cü il təvəllüdlü Camalxan Mahmudov əqrəb sancması ilə əlaqədar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.
Xəstənin dediyinə görə, onu əqrəb sancıb.
Oxşar xəbərlər
Mingəçevirdə gəzinti qayığı yanıb, 10 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Mingəçevirdə qayığın yanması nəticəsində xəsarət alanların son vəziyyəti açıqlanıb. TƏBİB-dən bildirilib ki, Mingəçevirdə baş verən hadisə ilə əlaqələr 15.06.20...