Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Xaqani Mirnizami oğlu Əhmədlini vuraraq qəsdən öldürən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un Muğan bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Məlumatda qeyd olunub ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Masallıda 25 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB
Masallıda 25 yaşlı oğlanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, keçirilən əməli...