Cəbhədən SON XƏBƏR: Ermənilər Alxanlını atəşə tutub - 2 şəhid
Bir qədər əvvəl Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin ciddi təxribatı qeydə alınıb.
BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən həyata keçirilən təxribatlar nəticəsində Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub. Nəticədə bu dəqiqəyə olan məlumata görə, kəndin 2 dinc sakini həyatını itirib, yaralılar var.
Kəndin təsərrüfat sahələrinə xeyli ziyan dəyib, sakinlərin evləri dağıdılıb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.
Əlavə məlumat veriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Cəbhədə təxribat: Ordumuzdan düşmənə sərt cavab (RƏSMİ)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xid...