Cəbhədən şiddətli atışma xəbəri gəldi: vəziyyət gərginləşib
02
noy
2016
09:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Azər Məmmədov
BAKU.WS
Oxşar xəbərlər
Cəbhədə vəziyyət gərginləşdi, Azərbaycan Ermənistana sərt xəbərdarlıq etdi (SON DƏQİQƏ)
Erməni tərəfi minaatanlardan da istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirir. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 30-da axşam...