Çay məcrasından ÇIXDI: Ailələr evlərini TƏRK ETDİLƏR

Çay məcrasından ÇIXDI: Ailələr evlərini TƏRK ETDİLƏR
Video
Hadisə 43

Girdiman çayının məcrasını dəyişməsi nəticəsində İsmayıllıda bir kəndə ciddi ziyan dəyib.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, güclü axın nəticəsində çay yaşayış məntəqəsinə doğru istiqamətini dəyişərək bir sıra ev və təsərrüfatlara ciddi ziyan vurub. Kənd sakini Əlimədət Mahmudovun sözlərinə görə, çayın həyətyanı sahəyə daxil olması nəticəsində yaşayış evi təhlükəli vəziyyətə düşüb və orada yaşamaq mümkünsüz olub.

Tövlə, toyuq hini və digər yardımçı tikililər su altında qalıb, həyətyanı sahəyə isə gil və lil dolub.

Sakinlərin sözlərinə görə, selin yaratdığı fəsadlar nəticəsində bir neçə ailə evini tərk etmək məcburiyyətində qalıb. Evlərə giriş isə ərazinin qalın gil qatı ilə örtülməsi səbəbindən xeyli çətinləşib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bərdədə ağır QƏZA: Ölən var

Bərdədə ağır QƏZA: Ölən var

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mehdixanlı kəndi ərazisində...

10 Hadisə 10:32 24 may 2026

Son xəbərlər