Cabir İmanovun vəfatı ilə bağlı RƏSMİ AÇIQLAMA
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı məlumat yayıb.
Qurumdan BAKU.WS-ə bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, aktyorun həkiməqədər ölüm faktı qeydə alınıb:
"29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb".
Xatırladaq ki, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib. O məşq zalında müvazinətini itirərək yıxılıb. Aktyorun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.
C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam edib və o vəfat edib.
Oxşar xəbərlər
Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş...