Bəy toyda gəlini qaçırdı - Azərbaycanda görünməmiş hadisə
08
avq
2018
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayonunda toy mərasimində bəy gəlini qaçırdıb.BAKU.WS xəbər verir ki, Azərbaycan üçün unikal hadisə barədə jurnalist Sevinc İltifatqızı öz "Facebook" səhifəsində xəbər verib.Məlum olub ki, təzə bəy nə qız, nə də oğlan toyunda spirtli içkinin olmaması ilə bağlı şərt qoşub. Lakin "qız toyu" mərasimi zamanı bəy yemək masasında spirtli ikçinin olduğunu görüb. O, nə özünün, nə də gələcək xanımının həmin mərasimdə iştirak etməsini istəməyib və gəlini qaçırmaq qərarına gəlib: qızı fotosessiya bəhanəsi ilə bayıra çağırıb, ordan isə qaçırıb.Gəlinin ailəsi bundan qəzəblənərək qızının və cehizlərinin qaytarılmasını tələb ediblər. Lakin araya ağsaqallar girərək məsələni həll ediblər.Bununla belə, qız evi bəyin ailəsi ilə münasibətlərə son qoyduqlarını və "oğlan toyu" mərasimində iştirak etməyəcəklərini bildiriblər.BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə oğruların toyu - “Lotu Quli” mehriban qarşılanıb (FOTO)
Türkiyənin İstanbul şəhərində kriminal aləmin tanınmış siması olan “Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Nikolay Dqeçuadzenin toyu olub.BAKU.WS “primecrime.ru”...