Buzovna qayalıqları məhv edilir: Sakinlər Prezidentə müraciət etdilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Buzovna qəsəbəsinin ərazisində yerləşən qayalıqların əksəriyyəti qanunsuz olaraq zəbt edilərək məhv edilməkdədir.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı Buzovna TV “YouTube” kanalı məlumat yayıb.
Bildirilib ki, müxtəlif şəxslər tərəfindən qayalıqlar qanunsuz məhv edilir, yerində yeni tikililər inşa olunur.
Buzovna qəsəbəsinin bir qrup sakini bununla bağlı Prezidentə müraciət edib.
Müraciətdə bildirilir:
“Biz, qayalıqlarımızı səmimi qəlbdən sevən yerli sakinlər daha buna dözə, göz yuma bilmirik. Qayalıqlarımızın azadlığı üçün Prezidentə bu video vasitəsilə hesabat verir, dövlətin mülkiyyəti sayılan sahil zolağındakı qayalıqların azad olunması və dövlətin mühafizəsinə alınması üçün sərəncam verməsini xahiş edirik!”
Ətraflı videonu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...