Bunu da gördük - internetli ayaqqabı (FOTO)

Bunu da gördük - internetli ayaqqabı (FOTO)
Hadisə 1571
 

"Virgin America” şirkəti yeganə nümunədə First Class adlı idman ayaqqabılarını təqdim edib. Trend-in məlumatına görə, bu idman ayaqqabıları, öz fərqli dizaynı ilə seçilməklə yanaşı həmçinin texnoloji xüsusiyyətlərə də sahibdirlər.

Yüksək keyfiyyətli idman ayaqqabıları dəridən hazırlanıb və sözün əsl mənasında təyyarələrdəki oturacaqlarda olan təhlükəsizlik kəmərləri ilə təchiz olunub. Həmin kəmərlər standart ayaqqabı iplərini əvəz edir. Sağ ayaqqabı rəngli kiçik ekran ilə təmin olunub. Həmin ekranda videoya baxmaq mümkündür. Ekran ayaqqabının daxilinə yerləşdirilmiş batareya hesabına işləyir. Onun enerjisi isə 3 saata qədər bəs edir. Bu hələ son deyil. Belə ki, First Class ayaqqabıları müxtəlif cihazları enerji ilə təmin etmək üçün USB girişə, interneti təmin etmək üçün isə Wi-Fi router-ə sahibdir. Ayaqqabılar Milanda yerləşən atelyedə, italyadan gətirilən xüsusi dəri ilə əldə tikilib.

BAKU.WS

Son xəbərlər