Göygöldə 800 manat cərimələnənlərin siyahısı (FOTO)

Göygöldə 800 manat cərimələnənlərin siyahısı (FOTO)
Şou-biznes 3515

Göygöl Milli Parkının ərazisini zibilləyənlərin kimliyinin araşdırılmasına başlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Departamentinin direktoru Vaqif Cavadovun BAKU.WS-ə verdiyi məlumata görə, həmin şəxslər özlərini təqdim etmədiklərinə görə, onlar barədə polisə müraciət olunub. "Artıq parka gələn və ərazini zibilləyən şəxslərlə bağlı siyahı hazırlanıb. Düzdür həmin şəxlər bizə adlarını deməyiblər. Biz onların gəldiyi avtomobillərin nömrələrini götürmüşük. Həmin nömrələri yol polisinə verib, maşının sahibkarının kimliyini öyrənəcəyik”, - deyə Vaqif Cavadov bildirib. Qurum rəsmisi deyir ki, parkın ərazisini zibilləyən və ictimai əsayişin pozulmasına görə, vətəndaşları 600 manatdan 800 manata qədər cərimə gözləyir.

BAKU.WS həmin şəxslərin avtomobillərinin nömrələrini təqdim edir: Qara rəngli "Mercedes E-Class” - 02 BN 402

"Mercedes” – 09 BX 750

"Mercedes C-Class” – 66 BH 944

Furqonlu göy rəngli "Mercedes E-Class” – 99 CV 134

Yaşıl rəngli "Mercedes C-Class” 99 GO 743

Ağ rəngli KİA – 90 GO 579

Ağ rəngli furqonlu KİA – 99 GN 756

Qara rəngli "VAZ-21010” – 20 CS 729 Xatırladaq ki, Göygöl Milli Parkına giriş bir həftə bundan əvvəl vətəndaşlar üçün açılmışdı. Bu müddət ərzində isə parkın ərazisi zibillənmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi park ərazisini zibilləyən 15 nəfərin "qara siyahı"sı hazırlanmışdı.  Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Nəqliyyat Nazirliyi Bakı meriyasına müraciət edəcək

Nəqliyyat Nazirliyi Bakı meriyasına müraciət edəcək

Bakıda keçirilən reyd zamanı bir sərnişin avtobusu saxlanılıb və avtobus cərimə meydançasına aparılıb. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mə...

1534 Şou-biznes 12:13 19 avqust 2015

Son xəbərlər