Bu yolda maşınlar öz - özünə hərəkət edir - VİDEO

Bu yolda maşınlar öz - özünə hərəkət edir - VİDEO
Video
Hadisə 1526
 

Cəlilabad – Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən, təxminən 1 kilometrlik hissəsində avtomobillər mühərriki çalışdırmadan bir istiqamətdə, naməlum səbəbdən hərəkətə edir.

BAKU.WS Istipress-ə istinadən xəbər verir ki, mühərrik söndürülmüş halda, sürət qutusunun isə neytral vəziyyətində, sanki bir qüvvə avtomobilləri  bir istiqamətdə, şərqə doğru çəkərək hərəkətə gətirir.

Belə vəziyyətdə avtomobillərin əyləcindən istifadə olunmazsa sürət getdikcə artaraq, hətta 60 km/saat-a çatır. Maraqldır ki, eyni yerdə maşınlar əks istiqamətə yəni qərbə doğru hərəkətdə də çətinliklə üzləşirlər. Hər hansı bir texnika burada lazımı sürəti çox gec yığır. Kənd sakinləri yolun bu hissəsində maqinit sahəsi olduğunu deyirlər.

Bundan başqa  sözügedən ərazidə mobil telefonların istifadəsində də çətinlik yaranır. Sakinlərin sözlərinə görə, mobil cihazlarda şəbəkə maksimum göstərsə də, əksər vaxtlarda burada telefonlara zəng çatmır. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda yol polisi çıxılmaz vəziyyətdə olan sürücüyə belə kömək etdi (VİDEO)

Bakıda yol polisi çıxılmaz vəziyyətdə olan sürücüyə belə kömək etdi (VİDEO)

Ötən gün paytaxt Bakıya yağan qar yollarda nəqliyyatın hərəkətini çətinləşdirmişdi. Bəzi maşınlar qarlı yolda hərəkət etməkdə çətinlik çəkərək yolda qalmışdı. H...

1907 Sosial 12:07 18 fevral 2017

Son xəbərlər