Bu yol maşınları xarab edir - ŞİKAYƏT
Xəzər rayonu, Binə qəsəbəsində, Hövsan Südçülük sovxozunun Elmaz Hacıyev küçəsində sakinlərin həyatı çətinləşib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətt"nə daxil olub.
Bildirilib ki, ərazidə yolun asfalt qatı tamamilə dağıldığı üçün həm piyada, həm də avtomobil hərəkəti demək olar ki, mümkünsüz vəziyyətə düşüb.
Yağan yağışlar vəziyyəti daha da ağırlaşdırıb. Asfaltın uçub-dağılması nəticəsində yaranan boşluqlara su yığılıb və küçə boyunca böyük gölməçələr əmələ gəlib. Sürücülər bildirirlər ki, bu yoldan keçmək həm təhlükəli, həm də avtomobillər üçün zərərli hala çevrilib. Hərəkət zamanı avtomobillərin alt hissələri çalaya düşərək sıradan çıxır, bəzi nəqliyyat vasitələri isə yolda qalır.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Dərnəgüldə yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir. BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda...