Bu uşaq ikinci dəfə dünyaya gəldi - inanılmaz əməliyyat (VİDEO)

Bu uşaq ikinci dəfə dünyaya gəldi - inanılmaz əməliyyat (VİDEO)
Video
Hadisə 1057

ABŞ-ın Texas ştatında yaşayan Marqaret Havkinq Boemerin hamiləliyinin 16-cı həftəsində qarnındakı uşaqda şiş təsbit edilib.

BAKU.WS-in məlumatına görə, bunu bilən həkimlər ailəni təhlükə ilə bağlı xəbərdarlıq edib. Övladını itirmək istəməyən ailə müalicə qəbul edib. 

Boemer CNN-ə verdiyi açıqlamada "23-cü həftədə şiş ürəyin üzərində təzyiq yaradırdı. Ya şişin uşağımı ələ keçirməsinə icazə verəcəkdik, ya da ona ikinci şans verəcəkdik. Qərar bizim üçün asan oldu. Ona yeni bir şans verdik" deyib.

Həkimlər körpəni ana bətnindən alaraq şişi təmizlədikdən sonra yenidən rəhmə yerləşdirib. Əməliyyat zamanı Linli adlı körpə cəmi 500 qram ağırlığında olub. Şişin ağırlığı da uşağın çəkisi qədər idi. 

Əməliyyat zamanı Linlinin ürəyi dayanıb, ancaq bir ürək həkimi körpəni həyatda tutmağı bacarıb və beləcə şişin böyük qisimini almaq mümkün olub. 

 

Nazim Babayev

BAKU.WS

Son xəbərlər