Bu mağazada yarım milyonluq yeyinti - Menecer həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda "Exclusive" mağazasının meneceri yeyinti ittihamı ilə həbs edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Fərid Məmmədov əsasən geyim məhsulları satılan mağazada əvvəlcə satıcı, daha sonra menecer işləyib.
Müəyyən edilib ki, o, işlədiyi müddətdə satılan mallardan əldə olunan ödənişlərin bir hissəsini öz bank kartına yönləndirib. Bu üsulla 500 min manatdan çox pul mənimsəyib.
Mağaza sahibinin şikayəti əsasında F.Məmmədov həbs edilib. Prokurorluq tərəfindən ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib.
Məhkəmədə təqsiri sübuta yetirilsə və dəymiş ziyan ödənilməsə, Fəridi 14 ilə kimi həbs cəzası gözləyir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....