Bu küçədə palçıq və çirkab həyatı iflic edib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İnsanlar ehtiyacı olanda təcili yardım çağıra bilmir, harasa tələsəndə isə taksi... Səbəbsə illərdir ki, onların üzləşdiyi yol problemidir.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, söhbət Pirşağı qəsəbəsi Hüseynbala Əliyev küçəsindən gedir.
Ərazidə yağış yağan zaman hərəkət etmək mümkünsüz olur. Uşaqlar məktəbə gedə bilmir, qışda xəstələnir, təcili yardım çağıranda isə gəlmirlər.
Məsələ ilə bağlı Pirşağı qəsəbəsi bələdiyyəsinin şöbə müdiri Absalam Məmmədov bildirdi ki, tezliklə problemlə bağlı işlərin görülməsinə başlanılacaq: "Karantin rejimi bitdikdən sonra əraziyə yol və kanalizasiya xətti çəkiləcək. Burada böyük təmizləyici qurğunun açılışı olacaqdı. Karantinə görə qaldı. Açılış olandan sonra əraziyə yol da, kanalizasiya da çəkiləcək.”
Karantin rejiminin bitməsinə elə çox vaxt qalmayıb. Ümid edirik ki, bələdiyyə nümayəndəsinin dediyi sözlərlə görülən işlər üst-üstə düşər. Məsələni diqqətdə saxlayacağıq.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...