Bu ilin filmə bənzər qanlı cinayəti - Ov tüfəngindən atəş açaraq...
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Biləsuvar rayonunda baş verən münaqişə ilə bağlı cinayət işinə baxıb.
BAKU.WS-in məlumaına görə, hadisə 2 mart 2025-ci il tarixdə Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən çayxananın qarşısında baş verib.
Elnur Vəliyev (ad və soyad şərtidir) və zərərçəkmiş Elməddin Aslanov (ad və soyad şərtidir) arasında yaranmış mübahisə zamanı Elməddin Elnuru yumruqla vurub. Bu, Elnurun qisas almağa sövq edib. O, evinə qayıdıb, "IJ-58M" modelli 16 kalibrli ov tüfəngini və patronları götürüb, "Lada Priora" markalı avtomobili ilə geri qayıdıb.
Saat 12:45 radələrində çayxananın qarşısına gələn təqsirləndirilən avtomobildən çıxmadan tüfəngi Elməddinə tuşlayıb iki dəfə atəş açıb. Nəticədə Elməddin qarın boşluğuna keçən ağır odlu silah yarası, həmçinin əllər, budlar və diz nahiyəsində yüngül xəsarətlər alıb.
Məhkəmədə təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib, lakin öldürmək niyyətinin olmadığını, yalnız qorxutmaq istədiyini bildirib. O, Elməddini əvvəllər tanımadığını, mübahisənin üçüncü şəxs (İlqar) ilə bağlı başladığını, Elməddinin onu yumruqla vurduğunu, sonra telefon nömrəsini alıb yerini öyrəndiyini qeyd edib.
Təqsirləndirilən tüfəngi ayaq nahiyəsinə tuşladığını, lakin təsadüfən iki atəş açıldığını iddia edib. Zərərçəkmiş Elməddin isə ifadəsində mübahisəni təsdiqləyib, lakin təqsirləndirilənin qəfil atəş açdığını vurğulayıb.
Şahidlərin (təqsirləndirilənin qardaşı, yaxınlar və digərləri) ifadələri də mübahisənin yumruq zərbəsi ilə başladığını, təqsirləndirilənin evə gedib silahla qayıtdığını təsdiqləyib. Tibbi ekspertiza xəsarətlərin tüfəng qırmaları nəticəsində yarandığını, həyat üçün təhlükəli olduğunu müəyyən edib. Psixiatrik ekspertiza təqsirləndirilənin anlaqlı vəziyyətdə olduğunu göstərib.
Məhkəmə 1995-ci il təvəllüdlü Biləsuvar rayonu, Nerimankənd kəndi sakini Elnur Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə təqsirli bilinib. Belə ki, təqsirləndirilən şəxsə 9 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Oxşar xəbərlər
Dayı və qardaşoğlu qəbir yeri baxmağa gedərkən qəzada öldü
Türkiyədə qəbir yeri baxmağa çıxan dayı və qardaşoğlu yol qəzasında həyatını itirib. BAKU.WS xəbər verir ki, hadisə dünən səhər Giresunun Bulancak rayonunda baş...