Bu il yol qəzalarında nə qədər insan ölüb? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-mart aylarında 376 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,4 faiz azalaraq 495 nəfər olub. Onlardan 125-i həlak olub, 370-i isə yaralanıb. Hadisələrin 42,8 faizi gündüz, 35,6 faizi gecə, 21,6 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,1 faiz azalaraq 89 nəfər, yaralananların sayı 3,4 faiz azalaraq 338 nəfər olub.
Oxşar xəbərlər
Ötən il Bakıda 10 mindən çox cinayət hadisəsi qeydə alınıb
Bakı şəhərində 2019-cu ildə prokurorluq və daxili işlər orqanları üzrə cəmi 11176 törədilmiş cinayət hadisəsi qeydə alındığı halda, 2020-ci ildə 667 hadisə azal...