Bu il peşə təhsili müəssisələrində çalışan 10 nəfər cəzalandırılıb
Peşə təhsili müəssisələrində çalışan 10 nəfər cəzalandırılıb, birinin isə işi prokurorluqdadır.
BAKU.WS “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, bu il ərzində keçirilən monitorinqlərin nəticəsi əsasında vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyən 11 şəxslə bağlı tədbir görülüb.
Belə ki, 1 nəfərə şiddətli töhmət, 4 nəfərə töhmət verilib. 2 nəfərə şifahi, 3 nəfərə yazılı xəbərdarlıq edilib. 1 nəfərin məsələsi isə hüquqi qiymətin verilməsi üçün adiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.
Oxşar xəbərlər
Prezident Administrasiyası: “860 vəzifəli şəxsə töhmət verilib”
“Ötən il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 315 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 379 şura iclasında, həmçinin bu orqanlar...