Bu il 6 icra başçısı işdən çıxarılıb, 2-si həbs olunub - FOTO

Bu il 6 icra başçısı işdən çıxarılıb, 2-si həbs olunub - FOTO
Hadisə 525

Ölkəmizdə kadr və struktur islahatları davam edir.

Belə ki, aparılan islahatlar nəticəsində bəzi məmurlar vəzifələrini itirib, onları yeni kadrlar əvəzləyib.

Bir çox sahələri əhatə edən islahatlar icra hakimiyyətlərindən də yan keçməyib.

BAKU.WS “azvision.az”a istinadən bu il işdən çıxarılan icra başçıları ilə bağlı məlumatları təqdim edir:

Bu il 6 icra başçısı işdən çıxarılıb, 2-si həbs olunub - FOTO

Sentyabr 30-da Ənvər Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ə.Seyidəliyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun dayısıdır.

Bu il 6 icra başçısı işdən çıxarılıb, 2-si həbs olunub - FOTO

Oktyabrın 31-də Qoca Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Dekabrın 19-da isə keçmiş icra başçısı Q.Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il 6 icra başçısı işdən çıxarılıb, 2-si həbs olunub - FOTO

Oktyabrın 31-də Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılıb. O, 15 il Xaçmaza rəhbərlik edib.

Bu il 6 icra başçısı işdən çıxarılıb, 2-si həbs olunub - FOTO

Prezidentin noyabrın 12-də imzaladığı sərəncamla Lütvəli Babayev Zərdabın icra başçısı vəzifəsindən azad edilib. L.Babayev 12 il Zərdabın icra başçısı olub.

Bu il 6 icra başçısı işdən çıxarılıb, 2-si həbs olunub - FOTO

Dekabrın 4-də Əhməd Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. O, 13 il bu rayonda rəhbər vəzifədə çalışıb.

Bu il 6 icra başçısı işdən çıxarılıb, 2-si həbs olunub - FOTO

Dekabrın 20-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifəsindən azad olunub.

O, bu ilin aprel ayının 5-də Goranboy rayonunun icra başçısı vəzifəsindən azad edilərək Ağstafaya təyinat almışdı.

Dekabrın 19-da isə N.Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər